İranın Əhvaz şəhərində qaz kəmərinin partlaması nəticəsində yaxınlıqdakı yaşayış evi dağılıb.
Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Yerli yanğınsöndürmə xidmətinin rəis müavini Mahmud Ruzbahani deyib ki, partlayışa qaz kəmərindəki texniki nasazlıq səbəb olub.
Onun sözlərinə görə, həmin ev tamamilə dağılıb, qonşu binalara da zərər dəyib.
Ölənlərdən 3-ü uşaq, ikisi gənc, biri isə 55 yaşlı qadın olub.