Girdimançaydakı təhlükəli vəziyyətlə bağlı monitorinq –Nazirlikdən açıqlama (FOTOLAR)

0
5

İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib:

“Analizin nəticələrinə görə çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib, suyun keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb.

Mütəxəssislərin rəyinə görə hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb, bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq”.