İŞİD hardan və hansı zərurətdən meydana çıxdı?

0
2

İŞİD hardan və hansı zərurətdən meydana çıxdı?

İslamçı pərdəsi altında gizlənərək, əslində islam dininə və onun dəyərlərinə ən böyük zərbəni vuran bu vəhşi terror təşkilatının yaranış və sürətlə böyümə səbəblərini araşdırsaq maraqlı faktlarla qarşılaşacağımızdan əmin olun. İlkin olaraq ona görə ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Mosadın xəbəri olmadan quşun belə qanad çalmadığı Yaxın Şərqdə, bu xüsusi xidmət orqanlarının xəbəri olmadan bu qədər böyük gücü özündə birləşdirə biləcək bir təşkilatın ortaya çıxması mümkün deyildir.
Ayrıca hələ keçən il, yəni İŞİD yeni doğularkən Türkiyədəki bəzi paranormal hadisələr və bunların “dövlət sirri” deyilərək üstünün örtülməyə çalışılması, burda qəsd etdiyimiz Adanada və Hatayda, eyni zamanda Qaziantepdə jandarma tərəfindən saxlanılan silahla dolu yük avtomobilləri, avtobuslar və digər nəqliyyat vasitələrinin Suriya və İraq türkmənlərinə humanitar yardım daşıdığının bəyan edilməsi, türkün silahlı olmasının ortaya çıxmasından sonra isə dönəmin xarici işlər naziri Davudoğlu tərəfindən dövlət sirri deyilərək keçişdirilməyə çalışılması əslində diqqət çəkicidir. Amma qeyd etməliyik ki, bu terror təşkilatının istər yaranması üçün lazım olan qığılcımı deyin, istərsə də artıq hazır bir sistemin fəaliyyətə başlaması üçün lazım olan bəhanə deyin, keçən ilin əvvəllərində müxallif bir deputatın Rəmadidə həbs olunması və həbs olunarkən də bir neçə cangüdəninin öldürülməsi oldu. Üsyanlar ilk öncə Rəmadidə başladı daha sonra Perluca və digər şəhərlərə də yayıldı. İraq ordusu bir qiyamı yatırmaq üçün üstünə getdikcə üzərinə benzin tökülən alov kimi artıb böyüməyə başladı.

Ən zəngin terror təşkilatı
İlkin olaraq Suriyada yerləşən və yeganə leqal dəstəkçiləri olan Şam İslam Cəbhəsi ilə birləşərək Suriya, Şimali İraq və Livan torpaqlarında İraq Şam İslam Dövlətini (İŞİD) elan etdilər. Ancaq bu təşkilatın soyğunçu və özbaşına hərəkətləri onların inkişafına mane olaraq terror təşkilatı olmaqdan o yana keçməsini əngəllədi. Bu terroristlər sadəcə Mosulun işğalı zamanı Mərkəz bankın Mosul şöbəsindən 420 milyon dollar oğurlayaraq dünyanın ən zəngin terror təşkilatlarından biri olma ünvanını əldə etdilər. Ayrıca İŞİD dünyada neft yataqları və neft ayırma zavodlarına sahib olan, su anbarları və elektirik stansiyalarına nəzarət edən yeganə terror təşkilatıdır. Təbii ki, bu qədər böyük ərazini nəzarətdə saxlamaq üçün saysız insan qüvvəsinə ehtiyac vardır. Son məlumatlara görə İŞİD İraqda otuz min, Suriyada isə əlli min nəfərlik canlı qüvvə saxlamaqdadır. Təbii ki, İraqda PKK, Suriyada isə PYD ilə savaş halında olan İŞİD toplamda səksən min nəfərlik ordunu monoetnik olaraq toplaya bilməz. Müxtəlif radikal hərəkatların xətti ilə cihada gedəcəksiniz deyərək, müsəlman ölkələri, o cümlədən Azərbaycan və Türkiyədən də çoxlu sayda insan toplayaraq hərbi kontingentinin sayını artırmağa çalışırlar. Xüsusən Türkiyə hökumətinin İŞİD-ə qarşı xoşgörülü davranması, xüsusən Mosul konsulluğuna hücum zamanı konsulluq mühavizəçilərinə və diplomatik korpusun nümayəndələrinə müqavimətsiz təslim olun təlimatının verilməsi, ayrıca üç ay yarımlıq əsirlikdən sonra sərbəst buraxılan 49 nəfərlik konsulluq çalışanlarının və onlarla bərabər əsir tutulan digər dövlətlərin vətəndaşlarına ayrı səviyyələrdə münasibət bəslənərək türklərin lehinə müsbət münasibət göstərilməsi də türk hökuməti ilə İŞİD arasındakı isti münasibətlərdən xəbər verir. Bütün bunlardan əlavə Qərb mətbuatının yazdığına və hətta CNN kanalının internet səhifəsinə yerləşdirilən video və foto materiallara görə qatarda daşınan 49 tankın türk əsirlərə qarşılıq İŞİD-ə verildiyi bildirilir. Başqa mənbələr isə bu əsirlərin sərbəst buraxılması qarşılığında yaxın zamanlarda İstanbulda həbs olunan üç yüksək səviyyəli İŞİD liderindən istifadə olunduğunu yazırlar. Bütün bunlardan əlavə Türkiyənin bəzi nazirlərinin, eləcə də prezident Ərdoğanın oğlu Bilalın da ucuz İŞİD nefti, narkotik qaçaqmalçılığı və silah ticarətində maraqlı olduğu üçün bu terror təşkilatının əl altından dəstəkləndiyinə dair bəzi internet səhifələrində işarələr var. Ayrıca bəzi kürt millət vəkilləri konkret olaraq Ahmet Türk, Hatib Diclə və digərləri PKK və PYD ilə savaşaraq bu günə qədər beş mindən artıq kürdün öldürülməsində, beş mindən artığının da itkin düşməsində və ya qul bazarında satılmasından sorumlu tutduqları İŞİD-ə yardımda maraqlı olduğunu bildirir və buna görə türk hökumətini kəskin şəkildə tənqid etməkdədirlər.
İŞİD-in Suriyadakı fəaliyyətləri əlbəttə ki, Əsəd rejiminin xeyrinədir. Buna görə də hələ də onun tərəfindən nə İŞİD-in əlindəki hansısa strateji əhəmiyyətli obyektə, nə də Suriyadaki mərkəzi olan Rakka şəhərinə qarşı hansısa aktiv əməliyyat tədbiri həyata keçirilməmişdir. Artı PYD, Azad Suriya Ordusu və Hizbullahla da savaşması bu qrupları ən az iki cəbhədə savaşmağa məcbur edərək Əsədin əlini qüvvətləndirməkdədir. İraqda isə durum fərqlidir. Burda kürd muxtariyyəti və İraq Mərkəzi hökumət qüvvələri, həmçinin PKK ilə aktiv savaş halındadır. Hətta Mosul su anbarının geri alınması əməliyatında Amerika hərbi hava qüvvələri də kürd muxtariyyəti silahlılarına dəstək vermişdi. Son günlərdə Fransa da burnunu bölgənin işlərinə soxaraq bölgəyə hava hüçümları təşkil etməyə hazır olduqları barədə bəyənat vermişdi. İŞİD-in cavab tədbiri özünü çox gözlətmədi. Bazar ertəsi günü Əlcəzairdə qaçırılan fransız turistin İŞİD-in Əlcəzair qolu tərəfindən qaçırıldığı, artıq İraqa və ya terror təşkilatının nəzarəti altında olan başqa bir ölkəyə aparılacağı barədə söyləntilər var.
Hansısa terror təşkilatının bir ərazini nəzarəti altında saxlaması o ərazidə yaşayan insanlara yalnız bədbəxtlik gətirər. Təbii ki, İŞİD də bölgə xalqına bundan artığını verməyəcəkdir. Üstəgəl indi İŞİD-lə digər müsəlman quruplar bir-birini doyunca qırdıqdan sonra avropalı işinə yarayan quruplardan birinə silah verəcək, özləri də hava əməliyyatları vasitəsilə qır müsəlmanı ki, qırasan… Öncə bir-birinə qırdırsın, sonra özü qırsın…

Zaur

LEAVE A REPLY