Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.
AzNews.az bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir.
Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.