Ermənistanın müdafiə naziri: “Qarabağla bağlı güzəşt olmayacaq”

0
5

Bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Baze-2016” Ümumermənistan Gənclər Təşəbbüsü toplantısının iştirakçıları ilə görüşdə bir sıra açıqlamalar verib.

“Azərbaycan hər hansı qarşılıqlı inam mexanizminin formalaşması, insidentlərlə bağlı beynəlxalq istintaq aparılması təkliflərini rədd etdiyi, o cümlədən bizimlə güc nöqteyi-nəzərindən danışdığı və anti-erməni bəyanatlar verdiyi bir vaxtda hansısa qarşılıqlı güzəştlərdən danışmaq mənasızdır. Mən həmişə demişəm: Qarabağla bağlı hər hansı bir şey baş verərsə, biz bu torpağın hər santimetrini müdafiə etməyə hazırıq”, – deyə Ohanyan vurğulayıb.