“Kurtlar vadisi pusu” fanatlarına pis xəbər
alt=”"Kurtlar vadisi pusu" fanatlarına pis xəbər” title=”"Kurtlar vadisi pusu" fanatlarına pis xəbər”
Türkiyənin ən populyar teleseriallarından olan “Kurtlar vadisi pusu”nun pərəstişkarlarını üzəcək qərar qəbul olunub.
Teleserialın yeni seriyasının nümayişi başa çatar-çatmaz fanatlar bu seriyaya internetdə tamaşa edə bilirdilər.
Lakin Kanal D rəhbərliyinin qərarına görə, bundan sonra belə olmayacaq. Cümə axşamı Kanal D-də göstərilən seriya yalnız bazar günü internetdə olacaq.
Qərarın səbəbi kimi “seriala internetdə baxanların çox olması” göstərilib.