Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib.
Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücəndirilib. Qərar açıqlanarkən zərərçəkənlərin yaxınlarından heç kim məhkəmə zalında olmayıb.
Xatırladaq ki, Permyakov 2015-cil yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.