Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq.
Buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır.
Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir. (Report)