Jurnalistlər Fazil Mustafanı qınadı: “Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?”

0
5

Bir neçə gün bundan öncə saytımızda Fazil Mustafa haqqında “Gülnənin imamı Fazil Mustafa ondan imtina edir- Fakt” başlıqlı yazı yayımlanıb. Fazil Mustafa da yazıdan xəbər tutduqdan sonra, dünən Feysbuk səhifəsində Tərəfdar.az saytının redkatoruna qarşı kobud şəkildə təhqiramiz sözlər yazır və ağır ittihamlar irəli sürərək status paylaşıb.

Tərəfdar.az saytı olaraq məsələ ilə bağlı bir neçə sayt rəhbərləri ilə əlaqə saxladıq.

Sayt rəhbərlərindən Millət vəkili Fazil Mustafanın saytın redaktoruna qarşı kobud şəkildə sərt təhqirlər səsləndirməsi və ağır ittihamlar irəli sürməsinin nə dərəcədə doğru olub-olmamasını sual edərək mövqelərini öyrəndik.

Milli Azadlıq Hərəkatının liderlərindən olan, tanınmış siyasətçi Millətim.info saytının rəhbəri Ramiz Tağıyev, Seymur Süleymanov kifayət qədər əxlaqlı, millətsevər, gənc və perspektli jurnalistlərdən biri olduğunu qeyd edib:
“Düşünürəm ki, millət vəkili olaraq Fazil Mustafa daha səbrli olmalıydı. Millət vəkilləri cəmiyyətimizə nümunə olmalı, təhqirli ifadələrdən istifadə etməməlidirlər. Tərəfdar.az saytının rəhbəri Seymur Süleymanov kifayət qədər əxlaqlı, millətsevər, gənc və perspektli jurnalistlərdəndir. Ortada kifayət qədər yaş fərqinin olduğunu nəzərə alsaq, Fazil Mustafa Seymur Süleymanov barəsində, xüsusilə onun valideyni haqqında ağır ifadələr işlətməməli idi. Əslində belə sərt mövqe sərgiləməsi, Fazil bəyin özü barəsində şübhələr yaratmasına əsas verə bilər. Təklifim budur ki, görüşüb, olanları müzakirə edib, barışığa imza atsınlar. Problemin dərinləşməsinin tərəfdarı deyiləm. Doğrusu buna qədər Fazil bəyi ən əxlaqlı, səviyyəli millət vəkili kimi tanımışam”

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli Seymur Süleymanovu savadlı, millətini və Vətənini sevən bir gənc kimi xarakterizə edib:
“Yaranmış vəziyyəti təəssüf hissi ilə izlədim. Bu gün təsadüfən millət vəkili Fazil Mustafanın yazdığı statusa rast gəldim. Gördüm ki, millət vəkili Terefdar.az saytı və Seymur Süleymanov haqda təhqiredici ifadələr yazıb. Ən maraqlısı isə bu idi ki, millət vəkili sözügedən saytı İran xüsusi xidmət orqanları ilə əlaqədə suçlayıb. Fazil bəyi mediaya açıq olan bir millət vəkili kimi tanıyırıq. Mənə elə gəlir ki, o, məsələyə bir qədər soyuqqanlı şəkildə də yanaşa bilərdi. Seymur Süleymanovu savadlı, millətini və Vətənini sevən bir gənc kimi xarakterizə edərdim. Tez-tez onun ölkə və xarici KİV-lərdə dərc edilən məqaləlirinə rast gəlirəm. Belə perspektivli gənci indidən hansısa ölkənin agenti adlandırmaq məncə doğru deyil. Çünki bu kifayət qədər ağır ittihamdır. Fazil bəyin hər bir məsələyə görə, belə aqressiya nümayiş etirmədiyini bildiyim üçün onu özündən çıxardan məqalə ilə tanış olmaq qərarına gəldim. Məqalədə araşdırma obyekti Fazil bəy seçildiyi üçün onun da mövqeyinin yer almasına böyük ehtiyac vardı. Yəqin bu amilin nəzərə alınmaması Fazil bəyi bir qədər aqressivləşdirib. Seymur Suleymanovla Fazil bəy arsında olan yaş fərqi çox böyükdür. Hesab edirəm ki, Fazil bəy yaranmış anlaşılmazlığın həllində bir qədər mental dəyərlərə üstünlük verməlidir. Əminəm ki, onun tərəfindən göstərilən hansısa təşəbbüsə Seymur bəy müsbət cavab verər”.

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

Tezis.az saytının rəhbəri Taleh Şahsuvarlı Fazil Mustafanın Seymur Süleymanovdan üzr istəməsini tövsiyyə edib:
“Bu məsələdə mən bir mənalı olaraq həmkarlarımın yanındayam. Jurnalistikaya qarşı bu münasibəti yolverilməz sayıram. Hesab edirəm ki, Fazil Mustafa ranqında olan, kifayət qədər təcrübəli və savadlı siyasətçi, üstəlik dindar olduğunu sərgiləyən bir insan jurnalistlərə qarşı belə təhqiramiz mövqe tutmamalı, şər-böhtan atmamalıdır. Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı? Dindar Fazil Mustafa məgər bilmir ki, onun islamı insanlara şər böhtan atmağı, dörd şahid olmadan kiminsə haqqında artıq-əskik danışmağı ən böyük günah hesab edir? Mən bütün bunları Fazil Mustafanın böyük qəbahəti sayır və tövsiyyə edirəm ki, Seymurdan üzr istəsin. Siyasətçi haqqında müsbət də yazarlar, mənfi də. Amma Fazil Mustafanın Seymura qarşı, onun saytına qarşı belə aqressiya sərgiləyəcək yaşı deyil”.

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

AFN saytının rəhbəri Səbuhi Qafarov ümid edir ki, Fazil Mustafanın işlətdiyi təhqiramiz ifadələrə görə Seymur Süleymanovdan üzr istəyəcək:
“Son günlər hörmətli millət vəkili Fazil Mustafanın statuslarında təhqiramiz ifadələrə tez-tez rast gəlirik.Təəssüf ki, “gədə-güdə” ,”axmaq” ,”həyasız” və s. bu kimi ifadələr Fazil bəyin dilinin əzbəri olub. Onun parlamentdəki çıxışları, müzakirə və qəbul olunan qanunlara şərhləri nə qədər yüksək səviyyəli, əsaslandırılmış və vacibdirsə sosial şəbəkələrdəki bəzi statusları bir o qədər kobud da səslənsə etikadan kənar olur. Konkret Seymur bəylə bağlı hala gəldikdə çox təəssüf ki, Fazil bəy təmsil olunduğu parlamentdə qəbul olunan qanunları yox, emosiya və aqressiyasını üstün tutub. Araşdırma aparmaq, bu zaman rast gəldiyi faktı işıqlandırmaq jurnalistin hüquq və vəzifəsidir.Fazil bəy özü haqda səsləndirilən ittihama sadəcə cavab versəydi daha hörmətli olardı, nəinki jurnalisti təhqir etməklə. Yaranmış duruma təəssüfləndiyimi bildirirəm və birmənalı olaraq bu durumda Seymur bəyin haqlı tərəf olduğunu düşünürəm. Ümid edirəm ki, Fazil bəy də işlətdiyi təhqiramiz ifadələrə görə jurnalistdən üzr istəyəcək”.

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

Ölkə.az saytının rəhbəri Məmməd Gülməmmədov bildirib ki, təhqir heç bir halda yolverilməzdir:
“Öncə onu qeyd edim ki, biz saytımızda Fazil Mustafanın statusuna yer verərək şərh etmişik. Digər tərəfdən də təhqir millət vəkili yox, hər hansı bir şəxs tərəfindən də yolverilməzdir. Jurnalistin işi sual verməkdi, məlumat öyrənməkdi. Jurnalist qeyri-peşəkar ola bilər, qərəzli ola bilər. Ancaq bu qarşı tərəfə, həm də ki, millət vəkilinə haqq vermir kimisə təhqir etsin və buna kobud şəkildə, uyğunsuz şəkildə cavab versin.
Fazil Mustafa mətbuata açıq bir millət vəkilidir. Mən ümid edirəm ki, bu anlaşılmazlığa son veriləcək. Aralarında münasibətləri gərginləşən jurnalistlə görüşüb, bir ortaq məxrəcə gəlib, barışığa gedəcəklər.
Hər bir insan bəzən emosional davrana bilər, Fazil Mustafa etməsəydi daha yaxşı olardı. Ancaq hər birimiz insanıq, bəzən hisslərimizə qapılırıq, emosional davrana bilirik. “Zərərin harasından dönürsənsə xeyirdi”, deyə atalar sözü var. Mən fikirləşirəm ki, bu da məllət vəkilinin ola bilsin ki, hirsli vaxtına və yaxud da uyğun olmayan vaxtına düşüb. Amma istər-istəməz belə cavab verməsəydi daha yaxşı olardı. Mən yenə də ümid edirəm ki, Fazil Mustafayla aralarında problem yaranan jurnalist üz-üzə görüşüb söhbət etsələr bu məsələ kökündən həll olunacaq.
Jurnalistin sual vermək ən təbii haqqıdır, qarşı tərəf də buna cavab verməyə bilər, telefonu qapata bilər və yaxud da cavab verə bilər. Ancaq heç bir halda gərək ki, təhqir etməzdi. Təhqir sübut olunası bir şeydir. Bəzi məslələrdə belə bu gedir linqvistik şöbəyə, orada mütəxəssislər tərəfindən buna rəy verilir.
Artıq bu məsələ ictimaiyyət arasında müzakirə olunur, Feysbukda bunu hörmət etdiyimiz şəxslər görür, biz də istər-istəməz bu haldan narahat oluruq.
Onu da deyim ki, mənə və ya mənim tanışıma qarşı da bu ifadələrdən istifadə olunsaydı narahatçılıq keçirərdim və lazımi cavabını verərdim.
Mənim fikrimcə, bu iki şəxs arasında olan münasibətlər görüşsələr düzələcək. Fazil Mustafanın hara və necə hər hansı qərarı qəbul etməsinə qarışa bilmərəm. Fazil Mustafa böyük istər siyasi, istərsə də digər mənada həyat yolu keçmiş, yaşın-başın almış adamıdır. Yəni belə uyğun görüb özü üçün belə də davranıb. Mənim şərhimə gəlincə isə, mən açıq şəkildə vurğuladım ki, təhqir heç bir halda yolverilməzdir. Ancaq hər birimiz insanıq, ən təcrübəli insanlar belə bəzən emosiyaya qapanır, hisslərini idarə edə bilmirlər və anormal reaksiya verirlər. Məncə, bu da elə hallardan biridir”.

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

Azvision.az saytının rəhbəri Vüsal Məmmədov deyib ki, Fazil bəy hətta narazı olduğu halda belə o şəkildə cavab verməməli idi:
“Siyasətçilərin və ya ictimai insanların haqqında yazanda da faktla, məsuliyyətlə yazı yazmaq lazımdır. Onların reaksiyası da etik prinsiplərə, məsuliyyətə uyğun olmalıdır. Mənim xəbərim var bu hadisədən. Məncə, Fazil bəy hətta narazı olduğu halda belə o şəkildə cavab verməməli idi. Çox üzgünəm həm Seymura, həm də Fazil bəyə görə. Arzu edirəm ki, bu məsələni yekunlaşdırsınlar və barışsınlar”.

Jurnalistlər Fazil Mustafanı qınadı: "Harada qaldı Fazil Mustafanın təcrübəsi, savadı, dindarlığı?"

Qeyd edək ki, avqustun 16-sı millət vəkili Fazil Mustafa şəxsi Fesybuk səhifəsində Fətullah Gülənlə əlaqəsinin olmadığını şərh edərək statuslar paylaşıb.

Gülnarə Eynullaqızı
Tərəfdar.az