Putinin sürpriz Qarabağ planı üzə çıxdı: 5 yox, 2 rayon…

0
5

Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair yeni təklif irəli sürüb.

Virtualaz.org xəbər verir ki, bu təklifin detalları indi açıqlanıb və sürpriz hesab oluna bilər: Putin əvvəlki kimi 5 yox, 2 rayonun işğaldan azad edilməsini təklif edib. Əvəzində isə…

Rusiya prezidentinin gözlənilməz Qarabağ planı haqda ABŞ-n Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun həmsədri olmuş Metyu Brayza Atlantic Council-in saytında yerləşdirilmiş məqaləsində yazır. Məqalə avqustun 17-də dərc edilib.

Brayzanın məqaləsi elə belə də adlanır: “Dağlıq Qarabağ münaqişəsində sülh üçün iki gözlənilməz təklif”. 

Brayza yazır ki, o Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümündə artıq uzun müddətdir optimizm üçün əsas hiss etməyib.Lakin onun sözlərinə görə, aprel döyüşlərinin tozanağı yatan kimi Rusiya prezidenti Vladimir Putindən sürpriz bir təklif səslənib

Bu başdan qeyd edək ki, Brayzanın məqaləsindəki “ikinci sürpriz” xalq diplolamtiyası ilə bağlı olduğundan, onun özünün də dediyi kimi həyata keçməsi qəlizdir və münaqişənin çözümünə real təsiri yoxdur.Burada söhbət Azərbaycan əsilli Rusiya biznesmeni Fərhad Əhmədovun hər iki xalqı sülhə çağırışından gedir.

Lakin birinci sürpriz, yəni Putinin sürprizi, doğrudan da gözlənilməzdir.Bryza yazır ki, hər iki təklif Vaşinqton tərəfindən öyrənilməyə və hətta bəlkə qəbul olunmağa layiqdir.

Məqalədə deyilir ki, Putinin son təklifinin fonunda 2007-ci ildə ABŞ, Rusiya və Fransa həmsədrlərinin irəli sürdükləri saziş çərçivəsi durur. Madrid Sənədi kimi tanınan bu təkliflərdə aşağıdakılar yer alırdı:

– Ermənistan 1990-cı illərin müharibəsi zamanı zəbt etdiyi 7 rayonun hamısını qaytarır;

– Dağlıq Qarabağ “keçid hüquqi statusu” alır və “yekun hüquqi statusadək” regionun erməni əhalisinə rəhbərlik edir;

– “Yekun hüquqi status” hələ müəyyən edilməmiş tarixdə Dağlıq Qarabağ əhalisinin səsverməsi ilə müəyyən edilir;

– Ermənistan və Dağlıq Qarabağ arasında tranzit dəhlizi bərqərar edilir;

– Beynəlxal sülhyradıcı qüvvələr Dağlıq Qarabağ əhalisinin və təmas xətti boyunca kəndlərin təhlükəsizliyini təmin edir;

– Bakı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında olan bütün tranzit məhdudiyyətlərini qaldırır.

Brayza yazır ki, uzun illərin zəhmətinin məhsulu olan bu çərçivəni tərəflər qəbul etməsə də, 2009-cu ildə İlham Əliyev və Serj Sərkisyan “prinsiplərin nə vaxtsa prinsipcə qəbul ediləcəyinə nikbinlik ifadə etmişdilər”.

Daha sonra Brayza yazır ki, 2009-cu ilin sonlarında Sarkisyan yalnız 5 rayonun qaytarılmasının müzakirəsinə hazır olduğunu bildirmişdi. Keçmiş ABŞ səfirinin sözlərinə görə, məhz 7 rayon əvəzinə 5 rayon söhbətinin ortaya çıxması indiyədək danışqılar prosesini dalana dirəyib.

Keçmiş diplomat yazır ki, iyunun 20-də Putin Ermənistan və Azərbaycan prezidentləri ilə söhbətində məhz bu dalandan çıxılması üçün təklif verib. Məqalədə deyilir ki, Putin görünür, addım-addım prinsipi ilə Ermənistanın cəmi iki rayonu qaytarmasını təklif edib. Bunun müqabilində Azərbaycan Ermənistanla bütün normal tranzit və iqtisadi əlaqələrini bərpa etməlidir. Madrid prinsiplərinə görə qalan 5 rayonun qaytarılması məsələsi isə sonrakı danışıqların mövzusu olacaq.

“Həm Sərkisyan, həm də Əliyev, həttə bunu rəsmən qəbul etməsələr də, Putinin təklifini alqışlayıblar” –Brayza yazır. Onun fikrincə, bu təklifin rəsmən qəbul edilməsi hər iki prezident üçün siyasi və təhlükəsizlik riskləri yarada bilərdi.

Brayza yazır ki, Putinin 20 iyun təklifi onun Ukraynada müharibə qızışdıran kimi yox, Dağlıq Qarabağda sülh yaradan kimi görünmək arzusundan irəli gələ bilərdi. Keçmiş səfir bunu da əlavə edir ki, ola da bilsin, Putin ötən apreldə Ermənistan və Azərbaycanın tammiqyaslı müharibəyə bu qədər yaxın olmalarından narahatlanıb.

Brayzanın fikrincə, tammiqyaslı müharibə “Avrasiya regionundakı münaqişələrin alovlanmasını yox, sadəcə közərməsini istəyən Putinin”planlarına uyğun gəlmir.Brayza hesab edir ki, necə olursa olsun, Vaşinqton Putinin bu blefindən yapışmalı və onun Minsk Qrupunun sülh prosesini canlandırmasına nail olmalıdır.