“Bu adam çevrilişə cəhdin lideri idi. Biz nə gözləyirik? İki ölkə arasındakı razılaşma ortadadır”.
Bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.
Türkiyənin baş naziri ABŞ-ı Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiya prosesinə tez başlamağa çağırıb.
O, bildirib ki, Türkiyə bu prosesin sürətləndirilməsini istəyir.
Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edib. Nəticədə 246 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb. (Report)