FHN-nin məlumatına görə, bu gecə Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, həmin cəsəd Salyan şəhər sakini, 44 yaşlı Sadıqov Emin Əli oğluna məxsusdur. Emin Sadıqovun yaxınlarının saytımıza verdikləri məlumata görə, o, Masazır qəsəbəsində kirayədə qalaraq, yeni tikilən evlərdə ustalıqla məşğul olurmuş.
Faktla bağlı hüquq mühafizə orqanlarında təhqiqatlara başlanılıb.