Sabah qızmar hava olacaq –Nazirlik açıqladı

0
6

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  xəbər verir ki, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  22-26° isti, gündüz 35-39°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.

Avqustun 21-də Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək isti olacağı gözlənilir.