Qazaxıstanda FETÖ-yə bağlı məktəblərdə yoxlamalar aparılacaq

0
5

“Türkiyənin Qazaxıstandakı qazax-türk özəl məktəblərində yaxın bir ay ərzində yoxlamalar aparılacaq”.

Bunu Qazaxıstan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Ayqerim Alibekova bildirib.

Onun sözlərinə görə, həmin məktəblərin ölkə qanunvericiliyinə uyğun fəaliyyəti təftiş ediləcək.

Məlumata görə, Türkiyə səfiri Nevzat Yanık bu il iyulun 29-da Astanada keçirdiyi mətbuat konfransında ölkəsindəki dövlət çevirilişinə cəhddən danışarkən qazax-türk liseylərinə qarşı təcili tədbirləin görülməsini Qazaxıstan hakimiyyətindən istəmişdi.

Xəbərdə bildirilib ki, avqustun 5-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfərində prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransda ölkəsindəki Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bütün məktəblərdə yoxlama aparılacağını bildirmişdi.