“Bu şəxslərin hamısı Türkiyə vətəndaşlığından çıxarılmalıdır” –General

0
5

15 iyulda çevrilişə cəhd edən hərbçilər Türkiyə Silahlı Qüvvələrinə xəyanət ediblər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Qərargah rəisi, general Necdet Özəl söyləyib.

Onun sözlərinə görə, bu şəxslərin hamısı Türkiyə vətəndaşlığından çıxarılmalıdır:

“Onlar Atatürk dəyərləri ilə yetişdiriliblər. Həmin şəxslər Türkiyəyə bağlı olacaq formada tərbiyələndirildilər. TSQ-nin vəzifəsi ölkənin konstitusiyalı quruluşunu qorumaqdır. Bunlar Türkiyənin verdiyi şəxsiyyət vəsiqələrinə belə layiq deyillər. Qərar siyasi iradənindir. Cəzalarını çəkəcəklər”. 

Axar.az