Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənərək öldürüldükdən sonra “qanuni oğru” Rövşən Lənkəranski barədə görüntülər yayılır.
Ortaya çıxan bir görüntüdə “qanuni oğru”nun polislə söhbəti əks olunub. Videonun təxminən 5 il əvvələ aid olduğu güman edilir.
Polisin suallarına cavab verən Rövşən özünü Natiq Əhmədov kimi təqdim edir. Sorğu-sualdan sonra polis Lənkəranskini sərbəst buraxır.
Qeyd edək ki, ötən gecə İstanbulda bir oteldən çıxan azərbaycanlı “qanuni oğru” və adamları avtomobilə minərkən silahlı hücuma məruz qalıb. Lüks bir cipə minərkən odlu silahdan açılan atəş nəticəsində yaralanan Rövşən Lənkəranski dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. (BAKU.WS)