Avqustun 18-də gecə saat 1-in yarısında İstanbulda naməlum şəxslər tərəfindən güllələnərk qətlə yetirilən kriminal avtortet Rövşən Lənkəranski (Canıyev) bu gün doğulduğu rayonda – Lənkəranda dəfn edilib.
Dəfn mərsimində iştirak edən reportyorlarımız xəbər verirlər ki, R.Lənkəranskini son mənzilə yola salmaq üçün ölkənin hər tərəfindən adamlar Lənkərana gəliblər. Lənkəran şəhərinin mərkəzində, eləcə də şəhərin girəcəyində maşınlarda gecələyən şəxslər olduqca çox olub.
Mərhumun dəfn mərasimi saat 10-da cənazə namazı ilə başlayıb.
Səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin mənzil kommunal istismar sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar.
Rövşən Lənkəranskinin cənazəsinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli sayda adam toplaşıb. Onların bir çoxu R.Lənkəranskinin xatirəsinə ehtiram olaraq əklillər gətirib.
Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar.
Hüzr mərasiimindəki qələbəlik barədə danışan yerli sakinlər bildiriblər ki, Lənkəranda bu cür izdiham adətən Aşura mərasimləri zamanı müşahidə olunur.
Daha sonra Rövşən Lənkəranskinin cənazəsi artıq qəbristanlığa gətirilib. Dəfn mərasimində təxminən 10 minə yaxın insan iştirak edib.
Rövşən Lənkəranski (Canıyev) Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.
Musavat.com