Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” Mərdəkanda yerləşən “Dalğa Arena”da Sloniyanın “Maribor” komandasını qəbul edir.
Strateq.az futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında bir sıra tanınmış şəxslər var.
Belə ki, Azərbaycan Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və milli komandamızın baş məşqçisi Robert Prosineçki “Qəbələ”yə dəstək verənlər sırasındadırlar.