İsa Qəmbərin oğlu saxlanıldı

0
5

Müsavat partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə T. Qəmbərin dostları feysbuk sosial şəbəkəsində məlumat yayıblar. Məlumata görə, o, Baş Prokurorluğa aparılıb

İsa Qəmbər interpress.az saytına təsdiqləyib. Keçmiş başqan oğlunun hansı səbəbdən saxlanıldığının məlum olmadığını deyib.

Qeyd edək ki, Turqut Qəmbər Nida vətəndaş hərəkatının idarə heyətinin üzvüdür.