Alimlərdən şok etiraf – İnternet yaddaşı məhv edir

0
5

İnternet bir çox işləri sadələşdirib, saysız-hesabsız informasiyanı əlçatan edib. Mobil internet sayəsində isə maraq doğuran hər bir suala istənilən məkanda cavab tapmaq mümkündür.

AzNews.az Sputnik-ə istinadən məlumat verir ki, amma beyni inkişaf etdirməyi unutmaq olmaz. Məsələ bundadır ki, cəmi bir neçə sadə əməliyyatla informasiyanı asanlıqla əldə etmək imkanı yaddaşa pis təsir göstərir. Kaliforniya Universitetinin (ABŞ) Santa Kruz filialında aparılan tədqiqatın nəticələrindən belə məlum olub.

Eksperimentdə iştirak edən adamlar müxtəlif mürəkkəb suallara cavab veriblər. Onları iki qrupa ayırıblar. Birinci qrupun üzvləri cavablar üçün öz yaddaşından, ikinci qrupun üzvləri isə axtarış sistemindən istifadə ediblər. Sonra iştirakçılara istədikləri metodun köməyi ilə daha sadə suallara cavab vermək imkanı verilib.

Məlum olub ki, sırf öz yaddaşına güvənən qrupun üzvləri ilə müqayisədə internetdən istifadə edənlər yenə də eyni üsula müraciət ediblər. Bundan əlavə, onların 30 faizi suala cavab tapmaq üçün heç düşünmək istəməyib. Onlar sadəcə internetdən istifadə ediblər.

Texnologiyalardan bu cür asılılıq heç də yaxşı hal deyil. Ancaq internetin bu xüsusiyyətinin dünyanın işlərinə həqiqətən ciddi təsir edib-etməyəcəyini yalnız zaman göstərəcək.