Malayziyada 900 min litr dizel daşıyan neft tankeri oğurlanıb.
Virtualaz.org xəbər verir ki, “Vier Harmon” tankeri Tancunq Pelepas limanından dənizə çıxıb. Yerli hökumətin bildirdiyinə görə, onun indiki yeri dəqiq məlum deyil. Bəzi məlumatlara əsasən. Hazırda tanker İndoneziyanın Batam şəhərinin yaxınlığında sahilə yan alıb.
Oğurlanmış yanacağın dəyəri 393 min dollara bərabərdir. Tankeri qaçıranların şəxsiyyəti müəyyənləşdirilir.