Çindən Türkiyəyə qarşı tətbiq olunan səyahət qadağası ləğv edilib.
“Report” “Haber7″yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
“Turizm sektorumuza İrandan sonra Çindən gözəl xəbər: “Çin Türkiyəyə tətbiq etdiyi səyahət qadağasını ləğv etdi”, -deyə nazir bildirib.
Xatırladaq ki, ötən il dekabrın 21-dən Çin vətəndaşlarına Türkiyəyə səyahət etməyi müvəqqəti olaraq qadağan edib. Belə bir addımı İran da atmışdı. Lakin bu il avqustun 22-dən etibarən İrandan Türkiyəyə turpaketlərin satışına başlanılacaq.