SOCAR-da FETÖ təmizliyi:PETKİM-in 13 rəhbər şəxsi həbs olundu

0
5

Türkiyədə FETÖ-yə qarşı mübarizə dalğası SOCAR-a da sıçrayıb.

Strateq.az-ın məlumatına görə, SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “PETKİM”-in 13 rəhbər şəxsi artıq həbsə atılıb.

Bildirilir ki, həbsə atılanların arasında PETKİM-in keçmiş rəhbəri Sadəttin Qorqud və bəzi Azərbaycan vətəndaşları da var. Azərbaycan vətəndaşları bunlardır: “SOCAR Türkiyə”nin sədr müavini İlqar Məmmədoğlu və şirkətin İnsan Resursları direktoru  Raqif Fərəcov. Onların FETÖ-yə pul toplamaq kampaniyasında iştirak etdikləri bildirilir.

SOCAR-ın FETÖ-çüləri silahlı terror təşkilatına üzv olmaq ittihamıyla mühakimə ediləcəklər. Bu isə ömürlük həbs cəzası anlamına gəlir.

Qeyd edək ki, istintaqa  25 nəfər cəlb olunub, onlardan 12-si şərti azadlığa buraxılıb. Şərti azad edilənlərin arasında nə qədər Azərbaycan vətəndaşının olduğu barədə heç bir məlumat verilmir.