Avropalılaşmaq, yoxsa mentalitet?

0
2

Qüdrət Əzizov
Avropalılaşmaq, yoxsa mentalitet?

Bugün Avropaya inteqrasiya aktual bir məsələyə çevrilib. Hər kəs bu məsələyə başqa prizmalardan baxır. Lakin fikirlər həmişə münaqişəli olaraq qalır. Məni düşündürən mövzulardan biri də budur; mentalitet nədir?
Əslində mentalitet (ingiliscə-mentalis-agıllı,düşüncəli), fikirlərin obrazlılıgı, ağıllı nəticələrin və dini dünyagörüşlərinin cəmi nəticəsində şəxs və ya şəxslər qrupunun əldə etdiyi yaşam və hərəkətlər toplusudur. Bu fəlsəfənin vermiş olduğu tərifdir. Mənası isə “qədimdə nənə və babalarımız yaşayan kimi yaşamalıyıq” demək deyil. Mənim fikrimcə qədimdə nənə və babalarımızın yaşayıb, əldə etdiyi müsbətləri qorumaq, mənfiləri isə seçib ayırmaq və ya ağılla dəyişməkdir.
Amma mənim ölkəmdə mentaliteti tamamən səhv anlayıb, bu səhvlə də yaşayırlar. Onların anladıqları mental dəyərlər bizi daha da gerilədir. Mən demirəm ki, bizə mentalitet lazım deyil. Mentalitet-özünü dərkdir. Yəni, biz kim olduğumuzu dərk etmək istəyiriksə, əvvəlcə özümüzü dərk etməliyik. Mental dəyərlər həmişə lazımdır və lazım olacaq. Lakin hər bir dövrə görə də mentalitetimizdə yaxşıya doğru nələrisə dəyişmək olar. XXI əsrdə qədimdən qalma dəyərlərlə yaşamaq nə dərəcədə düzdür?! Mentalitet inkişafımızı zəiflətmir, əksinə biz mentalitetin gedişatını zəiflədirik.
Mentalitet deyəndə nə başa düşürük, desəz bir çox fikir yürütmək olar. Ancaq, bizim anladığımız mentalitet-tarix boyu dədə və babalarımızdan bizə aşılanan və indiki vaxta qədər gəlib çatan adət və ənənələrimizdir.
Keçmişlə indiki fikirlər, adət ənənələr arasında köklü dəyişikliklər olub. Bunlar bəzi gənclərin “avropalaşmaq” adı altında yaratdıqları düşüncə və tərzlərdir.
Avropalaşmaq o demək deyil ki, soyunub çıxasan küçəyə və ağlına gələn hərəkəti edəsən. Avropanın digər müsbət cəhətlərini götürmək olar. Niyə, həmişə yalnız pis vərdişləri mənimsəməyə çalışırıq? Bunun tam əksini edib, öz mentalitetimizlə Avropaya doğru irəliləsək, daha da yaxşı alınmazmı?Öz milli dəyərlərimizi qoruyaq, ana dilimizdən daha çox istifadə edək. Hər fürsətdə, yeri gəldi-gəlmədi başqa sözləri dilimizə soxmaqdan əl çəkək. Başqa dil bilmək pis bir şey deyil, lakin öz dilimizə üz çevirməyək, öz dilində danışan birisinə geridə qalmış kimi baxmayaq. Bu haqda KİV-lərdə çoxlu yazılar getməsinə baxamayaraq, hal-hazırda problem öz aktuallığını qoruyur. Problemlərin kökündə isə savadsızlıq, mütalisizlik durur.
Metroda, avtobusda kiminsə əlində qəzet, kitabı 5-10 dəqiqəlik oxumaqdansa, özümüz alıb daimi mütaliə edək. Texnologıyanın inkişaf etdiyi bir vaxtda yeni bir uğura imza ataraq, yenidən kitab oxuyaraq Avropaya inteqrasıya edək.
Bugün digər bir aktual və problemli məsələ isə mən ateistəm deyən gənclərdir. Bunlar özlərinə lazım olan kitabları oxuyub elmə yiyələnməkdənsə, sosial şəbəkələrdə bu təbliğatla məşquldurlar. Dindən hec bir anlayışı olmayan bu tip gənclər sadəcə özlərini aldadaraq, azad həyat, Avropa həyatı yaşadıqlarını zənn edirlər. Bu tip dəstələrin qarşısını gecikmədən almağın tam zamanıdır. Gəncliyimizin bu tip dəstələrin girovuna çevrilməsinin qarşısını almasaq, gələcəkdə bizi gözləyən faciələrin qarşısına keçə bilməyəcəyik.
Türk milləti illərlə Avropanı əsarətdə saxlayıb, amma bu günkü gənclik özünü Avropadan asılı bir vəziyyətə gətirib çıxarır. Buna imkan vermek olmaz. Gənclər arasında dilimizi, adət ənənələrimzi qoruyub saxlamağı təbliğ etməliyik ki, bundan sonrakı nəsillərə çata bilsin və qədim bir xalqın tarixi unudulmasın.

LEAVE A REPLY