Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqını 15 iyul hərbi cevrilş cəhdindən sonra Ankaraya kifayət qədər dəstək verməməkdə günahlandırıb.
B.Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə açıqlamasında Avropa İttifaqını (Aİ) Türkiyəyə dəstək verməməkdə ittiham edib: “Avropa ölkələri Türkiyəyə yardım göstərməkdənsə, bizi aşağılayır”.
Türk xalqının 15 iyul gecəsi baş verənlərdən ağır travma aldığını qeyd edən XİN başçısı ölkəsinin Avropa İttifaqı üzvlüyü üçün qısa zamanda heç bir ölkənin etmədiyi qədər səy göstərdiyini deyib. Çavuşoğlu bunun müqabilində sadəcə təhdidlər, təhqirlər və Aİ-yə üzvlüyə mane olmaq cəhdləri ilə üzləşdirklərini söyləyib: “Özümdən soruşuram-Bizim nə günahımız var? Türkiyəyə qarşı bu düşmənçiliyin səbəbi nədir?”.
XİN başçısı bir daha qeyd edib ki, Türkiyənin NATO-dan çıxması müzakirə mövzusu deyil.
Çavuşoğlu Türkiyədə ölüm hökmünün bərpası mümkünlüyü ilə bağlı deyib ki, Avropa elə yanaşır ki, sanki Ankara ölüm hökmünü bərpa edib: “Bu məsələ ilə bağlı tələblər irəli sürülür və bunu başa düşmək lazmdır. Belə bir vacib məsələ ilə əlaqədar dərhal qərar vermək istəmirik. Əksinə bütün tərəflərlə, sakit şəkildə müzakirə etmək istəyrik”.
Diplomat Avropa İttifaqının oktyabr ayında Türkiyə vətəndaşları üçün viza rejiminin qaldırmasının vacib olduğunu vurğulayıb. “Əks halda Türkiyə miqrantların Avropaya getməsinə mane olmayacaq ki?” – sualına “İndidən ən pis variantın üzərində dayanmaq istəmzdim. Avropa İttifaqi ilə müzakirələrimiz davam edir”.
XİN başçısı Türkiyə ilə Avropa İttifaqı arasında miqrant sazişini də xatırladıb: “Ancaq bir məsələ aydındır. Ya razılaşmalara eyni vaxta əməl edirik, ya da bir kənara qoyuruq”.
Strateq.az