Hacıqabulda üstünə manqal aşaraq yanan azyaşlı dünyasını dəyişib

0
5

Azərbaycanda üstünə manqal aşaraq yanan azyaşlı xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 11-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb. Xəstəxanaya yerləşdirilən Y.Qafarov avqustun 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.