İstanbul polisinin apardığı xüsusi əməliyyat nəticəsində 111 nəfər saxlanılıb. Trend bu barədə Türkiyənin “Haberturk” qəzetinə istinadən məlumat verir.
Xüsusi əməliyyatda 5 mindən artıq polisin iştirak etdiyi bildirilir.
Xüsusi əmliyyat çərçivəsində 26 min şəxsin sənədləri yoxlanılıb, 6 min maşına baxış keçirilib.