ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı – prezidentliyə namizəd Hillari Klinton ikisi birlikdə 2015-ci il ərzində 10 milyon 745 min 378 dollar qazanıblar.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Hillari Klinton verib. O bildirib ki, qazanılan məbləğdən təxminən 1 milyon dollar xeyriyyə məqsədləri üçün xərclənib. Vergilər isə 43,2% dərəcəsi üzrə ödənilib.
Bu hesabatdan Hillari Klintonun seçki qərargahı prezidentliyə digər namizəd Donald Trampa qarşı istifadə edib. Belə ki, respublikaçı namizəd “uydurma bəhanələr ardında gizlənmək cəhdləri”nə görə ittiham olunub.