Sərnişin təyyarəsi hava burulğanına düşdü

0
5

ABŞ-ın “JetBlue Airways” aviaşirkətinə məxsus təyyarə hava burulğanına düşdüyünə görə 22 sərnişin və 2 ekipaj üzvü xəsarət alıb.

Rusiya mətbuatı yazır ki, hadisə avqustun 11-də axşam saatlarında Bostondan Sakramentoya uçan təyyarədə baş verib. Nəticədə, avialayner Cənubi Dokota ştatında Rapid Siti şəhərində məcburi eniş etməli olub.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıblar. Digər sərnişinlər isə başqa hava gəmisi ilə təyinat nöqtəsinə göndəriliblər.