Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 20-si çıxışını başa vurub.
AzNews.az xəbər verir ki, çıxışını başa vuran idmançılar arasında sadəcə 2-si mükafat qazana bilib. Cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımov gümüş medal qazanıblar.
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxışlarını başa vuran idmançılar bunlardır:
Cüdo
Orxan Səfərov (60 kq) – 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub
Məmmədəli Mehdiyev (90 kq) – 7-ci yer
Elmar Qasımov (100 kq) – gümüş
Rüstəm Orucov (73 kq) – gümüş
İdman gimnastikası
Oleq Stepko (fərdi çoxnövçülük) – finalda 22-ci yer
Pavlo Paxnyuk (fərdi çoxnövçülük) – 34-cü yer
Boks
Rüfət Hüseynov (49 kq) – 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) – 1/16 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) – 1/4 finalda uduzub
Velosiped idmanı
Yelena Pavluxina (şosse velosipedi – qadınlar) – 35-ci yer
Maksim Averin (şosse velosipedi – kişilər) – finişə çata bilməyib
Üzgüçülük
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) – 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) – 26 iştirakçı arasında sonuncu yer
Akademik avarçəkmə
Aleksandr Aleksandrov – Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq – M2X) – 12-ci yeri tutub.
Kanoe-slalom
Yure Meqliç (1 nəfərlik kayak qayığı) – yarımfinalda 14-cü yer
Atıcılıq
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) – seçmə mərhələdə 15-ci yer
Qılıncoynatma
Səbinə Mikina (sablya) – 1/16 finalda uduzub
Oxatma
Olqa Senyuk (Kamandan oxatma) – 1/32 finalda uduzub.