Bir sinfin bütün məzunları tələbə adı qazandı – Təhsil rekordu

0
6

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayandan sonra bir sıra maraqlı faktlar qeydə alınıb. Belə maraqlı faktlardan biri də eyni sinfi bitirən məzunların hamısının ali məktəbə qəbul olunmasıdır.

Bu hadisə Naxçıvanda qeydə alınıb. Belə ki, bu il Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin XI b sinfini bitirən 20 nəfər məzunun hamısı ali məktəbə sənəd verib və hamısı da tələbə adını qazanıb.

Bu barədə saytımıza həmin sinfdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmiş Sara Əzimova məlumat verib. Qeyd edək ki, Sara Əzimova həm də XI b-nin sinif rəhbəri olub.

Sinif rəhbəri bildirib ki, XI b sinfini bitirən 20 məzundan 5 nəfəri 500-700 intervalında bal toplayıb.

Sara Əzimovanın şagirdlərinin qazandığı nailiyyət səbəbindən sevincinin həddi-hüdudu yoxdur. Sinif rəhbəri təəssüratlarını bölüşüb:

“Bizim sinfin bütün şagirdlərinin tələbə adını qazanması, bir neçəsinin yüksək nəticələr göstərməsi nəinki mənim və müəllim yoldaşlarımın, ümumilikdə muxtar respublikada təhsilimizin inkişafı, yüksək intellektə malik gənclərin yetişməsi üçün əlindən gələni əsirgəməyən muxtar respublika rəhbərinin, yaxşı nəticələr qazanmaq üçün var qüvvələrini səfərbər edən təhsil işçilərinin uğurudur. Son illərdə yaxşı şəraitdə dərs deməyimiz, uşaqlara bilikləri ən yüksək səviyyədə tədris edə bilməyimiz üçün nə lazımdırsa, edilib. Bunun qarşılığında rəhbəri olduğum sinfin şagirdlərinə dərs deyən hər bir müəllim dövlət və cəmiyyət qarşısında öz məsuliyyətini yaxşı başa düşərək, şagirdlərinin tələbə adını qazanması, vətənin parlaq gələcəyi və xalqın rifahı naminə çalışmaları üçün əlindən gələni edib. Və nəhayət, necə deyərlər, əkdiyimiz fidanlar ilk şirin barını verib, bütün məzunlarımız tələbə adını qazanıblar.
Ancaq mən və müəllim yoldaşlarım bu nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Şagirdlərimizdən bir neçəsi daha yüksək nəticələr qazanıb.

Nəriman Süleymanov 675, Aysun Hacızadə 581, Aygün Hümbətova 548, Araz Əliyev 539, Nigar Təhməzova 510 bal toplayıb.

Çalışacağıq ki, gələcəkdə bütün şagirdlərimiz böyük uğurlara nail olsunlar, Prezident təqaüdünə layiq görülsünlər. Muxtar respublika təhsilinin keçdiyi yola qısa bir nəzər salsaq görərik ki, 15-20 il bundan öncə hər bir məktəb heç olmasa bir neçə buraxılış sinfindən bir neçə nəfərin qəbul ali məktəblərə qəbul olunması üçün çalışırdı. İndi hər bir müəllim görür ki, uğur qazanmaq üçün hər şey var, hər şey yerli- yerində və dəqiq düşünülüb. Belə olan halda yaxşı çalışmamaq, şagirdlərin hər biri ilə fərdi qaydada məşğul olmamaq ən azından vicdansızlıq və məsuliyyətsizlik olar”.

Bütöv bir sinfin ağır yükünü qəbul imtahanlarına qədər çiyinlərində daşıyan riyaziyyat müəllimi Xatın Məmmədova, kimya müəllimi Fatma Allahverdiyeva, biologiya müəllimi Kəmalə Həsənova, ingilis dili müəllimi Afər İbrahimova, tarix müəllimi Səkinə Allahverdiyeva da XI b-nin uğuruna sevinənlər sırasındadırlar.

Sara Əzimova deyib ki, direktor Əli Novruzovun sayəsində məktəbdə müasir təlim metodlarından, elektron lövhələrdən istifadəyə geniş yer verilməsinin belə böyük uğurun qazanılmasında mühüm rolu olub. Sinif rəhbəri və digər müəllimlər belə siniflərdə böyük həvəslə dərs keçərək, uşaqları imtahanlara hazırlaşdırıblar.

Modern.az saytı qəbul imtahanlarında 100 faiz nəticə göstərmiş XI b sinfinin tələbə adını qazanmış məzunlarını təqdim edir:

Nəriman Süleymanov- Bakı Ali Neft Məktəbi, mühəndis, (675)
Aysun Hacızadə-Azərbaycan Tibb Universiteti, müalicə işi (581)
Aygün Hümbətov-Azərbaycan Dillər Universiteti, ingilis dili (548)
Araz Əliyev- Azərbaycan Tibb Universiteti, stamotologiya (539)
Nigar Təhməzova- Azərbaycan Tibb Universiteti, stamotologiya (510)
Şövkət Təhməzova- Azərbaycan Dillər Universiteti, ingilis dili
Ruqayyə Əliyeva-Naxçıvan Dövlət Universiteti, tibb fakültəsi
Nuray Salmanlı-Naxçıvan Dövlət Universiteti, coğrafiya müəllimliyi
Əkbər Süleymanov- Naxçıvan Dövlət Universiteti, iqtisadiyyat
Gülay Bayramova, “Naxçıvan” Universiteti, ingilis dili müəllimliyi
Rafət Kazımbəyli-Azərbaycan Dövlət İqtisad Universiteti
Valeh Xudakərimov-Azərbaycan Dövlət İqtisad Universiteti
Zaur Məmmədov- “Naxçıvan” Universiteti, maliyyə
Tofiq Kərimli-“Naxçıvan” Universiteti, maliyyə
Xəyal Ağayev-Naxçıvan Dövlət Universiteti, incəsənət fakültəsi
Ülkər Əhmədova-Bakı Dövlət Universiteti, bioloq
Günxan İbrahimli- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, mühəndis
Tofiq Babayev- Naxçıvan Dövlət Universiteti, aktyorluq
Emil Abdullasoy- Azərbaycan Memarlıq və İnşaat Universiteti, dizayner
Çingiz Məmmədli-Türkiyə Respublikası, Akdəniz Universiteti, turizm.

Modern.az