Dini Komitədən vəhhabilərə və nurçulara ultimatum

0
6

Dini Komitədən vəhhabilərə və nurçulara ultimatum

«Biz buna imkan vermərik. Biz hansısa ölkə deyilik ki, kimsə gəlib burada missionerlik edib nəsə yaymaq istəsin»

“Kənardan bizi hansısa dinlərə cərəyanlara təşviq etmək istəyənlər var. Həmin cərəyanlar dinlərin özləri tərəfindən inkar olunub”. Bu sözləri Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqazinfo”ya müsahibəsində bildirib. Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycana kənardan vəhhabiliyi, onun qanadlarını, nurçuluğu gətirib təşviq edərək onu yaymaq istəyənlər var: “Bunları da yaymaq istəyənlər özlərinə tərəfdar toplaya bilmirlər. Çünki Azərbaycan xalqı özünün milli adət-ənənəsindən, tarixən formalaşmış qaydalardan uzaqlaşmaq niyyətində deyil. Azərbaycanlı gənc vəhhabinin geyindiyi geyimi və onun zahiri görkəmindəki dəyişikliyi qəbul etmir. Belə olan halda onun qəbul etdiyi, təşviq etdiyi xətti də qəbul etmir…

…Mən yerlərdə görüşlər keçirirəm, müxtəlif dini qrupların nümayəndələri ilə də görüşürəm. Onlarla dini baxımdan da fikir mübadilələri edirik. Mən onlara da açıq şəkildə demişəm ki, sizin Azərbaycanda təbliğ etdiyiniz xətt özünə yer tapmayacaq. Birincisi, xalq istəməyəcək. Ikincisi isə, biz buna imkan vermərik. Biz hansısa ölkə deyilik ki, kimsə gəlib burada missionerlik edib nəsə yaymaq istəsin. Azərbaycan dini cəhətdən oturuşmuş ölkədir. Burada missionerlik etmək istəyən peşman olub qayıdacaq.

Bu məsələlərin mediaya çıxmasına gəlincə isə, mətbuat bu məsələlərə hadisələrə uyğun olaraq reaksiya verir. Mətbuat öz işini gündəlik hadisələr üzərində qurub. Bütövlükdə elmi-nəzəri araşdırmalarda, yazılarda bu məsələ daima gündəlikdədir və təhlil olunur».

LEAVE A REPLY