Yer kürəsi bir materikdənibarət olacaq

0
5

Dünyanın müxtəlif ölkələrinin geoloqlarının birgə apardıqları hesablamalara görə, gələcəkdə bütün qitələr birləşərək bir materik təşkil edəcək.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, artıq qitələrin birləşməsi müşahidə edilməkdədir. Belə ki, qitələr ildə üç santimetr bir-birinə doğru hərəkət edir. Elm adamları bu dəyişikliklər nəticəsində Hind okeanının kontinentlərin birləşməsindən əmələ gələn böyük materikinin ortasında qalacağını iddia edirlər. Bundan əlavə Avstraliya ilə Antraktidanın birləşəcəyi, bu birləşmənin Asiyadan kiçik bir körfəzlə ayrılacağı, Sibirin isə tropik iqlim zonası olacağı irəli sürülür.

Alimlər bu yeni materikə Pangey Proksima adını verməyi düşünürlər.

Qeyd edək ki, bir vaxtlar Pangey adlı bir materikdən ibarət olan Yer kürəsi dreyf (axın və ya külək vasitəsilə ayrılma) prosesi nəticəsində qitələrə bölünüb.