Ermənistan tərəfi Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində hərbi ixrac kreditinin ayrılmasına dair sazişləri, demək olar ki, tamamilə razılaşdırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
“Müqavilələr, demək olar ki, tamamilə razılaşdırılıb, dövlətdaxili prosedurlar başa çatıb”, – deyə Ohanyan bildirib. Onun sözlərinə görə, silah və hərbi texnikanın tədarükü daha əllər əldə olunan sazişlər çərçivəsində həyata keçirilir: “Lakin, bu məsələlərdə müəyyən dərəcədə məxfilik var”.
“Bizim xalqımız tamamilə rahat ola bilər. Biz, xüsusən də, müasir silah vasitələrinə qarşı mübarizə məqsədilə informasiya texnologiyaları sahəsi ilə də əməkdaşlıq edirik”, – deyə ermənistanlı nazir əlavə edib.
Qeyd edək ki, Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində hərbi ixrac kreditinin ayrılmasına dair saziş 2015-ci ildə imzalanıb.