Bir neçə gün öncə Novxanıda güclü yanğın hadisəsi baş verib. “Sarı Qaya” adlanan ərazidə yerləşən villa yanaraq külə dönüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanma səbəbindən yarandığı söylənilir. Yanğının güclü olması səbəbindən villanın ikinci və üçünçü mərtəbələri tamamilə sıradan çıxıb. Yanan villanın Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə məxsus olduğu söylənilir. Aldığımız məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Nicat