Cəlilabad rayon Oğrubulaq kəndində qeyri – hadisə baş verib. Belə ki, bir yaş yarımlıq uşağı boğazından kəndirlə çarpayıya bağlayan ana həyətdə işlərini görməyə gedib. Çarpayıdan dartınan bir yaş yarımlıq körpə Kərimov Səyyad Taleh oğlu kəndirin sıxılması nəticəsində təxminən 40 dəqiqə boğulmuş vəziyyətdə qalıb. Evə gələn ana uşağı görən kimi tez qonşuların köməkliyi ilə körpəni Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlərin səyi nəticəsində azyaşlını həyata qaytarmaq mümkün olub.
Xəstəxanadan Moderator.az -a verilən məlumata görə Taleh Kərimov ailənin ilk övladıdır. Neçə illərdir ki, övladı olmayan ailə az qalıb ki, səhlənkarlıq ucbatından Allahın onlara verdiyi övlad payının ölümünə səbəb olacaqmış.