Ukraynada 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə “UNN” agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Yeraltı təkanlar nəticəsində bəzi evlərin divarlarında çat əmələ gəlib.
“Mariupola rayonunda 4,9 bal gücündə zəlzələ olub. Hələlik insan tələfatı barəsində informasiya yoxdur” – deyə agentliyə bildirilib.
ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə isə, yeraltı təkanlar Mariupoladan 2 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.