İsa Qəmbərdən qurultay açıqlaması
Müsavat Partiyası başqanı İsa Qəmbər qərargahda jurnalistlərin sualların cavablandırıb.
İ.Qəmbər Bakı meriyasının qurultay üçün təklif etdiyi Əmircandakı Mədəniyyət evi haqda danışıb.
O bildirib ki, Məclisin qərarı yerinə yetirilməlidir: “Sentyabrın 27-də qurultay keçirilməlidir. Məkan məsələsi ilə bağlı qərar həftənin birinci günü müzakirə edilib qərar veriləcək. Bununla bağlı şəxsi fikrimi iclasda səsləndirəcəyəm”.