Bu gün Türkiyənin əksər xəbər portallarında və sosial şəbəkələrdə Azərbaycanla sərhəd İğdır bölgəsinə “uçan boşqab” düşdüyü haqqında informasiya yayılıb.
Iğdır TV-nin verdiyi məlumata görə, dünən səhər 08.15-də Küçükova kəndi sakinləri şiddətli bir səs-küy eşidib və sonra “böyük bir atəş topu” kənd meydanına yaxın bir evin bağçasına düşüb.
İddialara görə, göydən iki uçan cism (UNO) düşüb, bunlardan birinin 70 santimetr diametrində və 40 kiloqram ağırlığında olub.
Lakin paylaşılan fotoşəkillər araşdırıldıqda iddiaların əsassız, xəbərin yalan olduğu ortaya çıxıb.
Həmin fotoşəkillərin 2014-ci ildə Çində çəkildiyi aydın olub.
Həmin cismlər iki il öncə Qazaxstandan Rusiyanın kosmosa göndərdiyi, lakin havada zədələnərək qəzaya uğramış və Çinə düşmüş raketin qalıqları olduğu bəlli olub.