Gülənçilər Türkiyəni 1 həftə işıqsız qoyacaqmış –Şok iddia

0
5

Ankara Bələdiyyə başçısı Melih Gökçək sosial şəbəkələrdə Fətullah Gülən üzvləri tərəfindən yayılan “14 avqustu gözləyin. Çox gözəl şeylər olacaq!” mesajları ilə bağlı sensasion məlumat açıqlayıb.

Lent.az-ın məlumatına görə, vətəndaşlara səslənən başçı Gülən camaatı üzvlərinin avqustun 14-də bütün Türkiyəni bir həftə işıqsız qoymağı planladığını deyib və bu təxribatdan xəbərdar olduqlarını bəyan edib.

M. Gökçək bildirib ki, Gülənçilər ölkədəki böyük işıq stansiyalarında təxribat törədərək Türkiyəni qaranlığa qərq eləməyi hədəfləyibmiş: “Ancaq artıq bu plandan xəbərimiz olduğu üçün bunu edə bilməyəcəklər”.