Azərbaycanda 26 Xətai, 37 Tomris böyüyür

0
5

Ölkədə doğulan körpələrə Azərbaycan hökümdarlarının adları da verilir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə doğulan uşaqlardan 26-sı Xətai adlandırılıb.

25 körpəyə Fətəli, 81-nə Şəmsəddin, 28-nə İbrahimxəlil, 1-nə Mehdiqulu, 2-nə Qacar, 10-na Mehrəli, 10-na Şahverdi, 105-nə Ziyad, 22-nə Ziyadxan adı qoyulub.

Bundan başqa, son beş ildə doğulan körpələrə Cahan (273), Cavad (634), Cavadxan (24), Pənahəli (3), Cavanşir (214), Əmirxan (102), Sara (871), Tomris (37), Saraxatun (9) kimi adlar verilib.

Verilən adlar arasında Ziyadə, Ziyaddin, Ziyadəli, Ziyadi, Ziyadət, Ziyaddın, Cahandar, Cahanə, Cahanbanu, Cahana, Cahanxanım, Cavadağa, Cavadəli, Sarabəyim, Saraxanım, Saranur, Sarah kimi adlar da var.