İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri ərəfəsində, İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadə avtomobil istehsalı üzrə birgə müəssisənin təməlqoyma mərasimində iştirak etmək üçün sabah Azərbaycana gələcək. Bu barədə Trend-ə mənbə bildirib.
Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək.
İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti birgə Dena, Rana, Soren və Samand markalı avtomobilər istehsal edəcəklər.
Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək.
Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya Prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.