AXCP-də yeni çaxnaşmalar gözlənilir…

0
5

 

AXCP sədri  Əli Kərimli son qurultayda ona rəqib olmuş sabiq Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin təşkilatdan çıxarılması barədə yaxın ətrafını təlimatlandırıb. S.Kərimlinin bəzi KİV-lərdə iddialı açıqlamalar etməsi AXCP sədrini narahat etmiş kimi görünür. O,referendum ərəfəsində təşkilatda yeni qarşıdurmaların yaranacağından söhbət açaraq, “Sahib və ona dəstək verənləri yola salmağın zamanı yetişib” mesajını verib.

2

Görünən odur ki, AXCP-də daha ciddi problemlər yaşana bilər. Beləki, AXCP Ali Məclisinin dünyasını dəyişmiş sədri Həsən Kərimovun boş qalmış yerinə hələ də namizəd irəli sürmək mümkün olmur. S.Kərimlinin həmin vəzifəyə gətirilməsi mümkün görünməsə də, tərəfdarlarının keçirilməsi gözlənilən Ali Məclisin yığıncağında qalmaqal yaratmaq ehtimalı böyükdür. Ancaq problem heç də bununla bitməyəcək. Əsas mübarizə AXCP sədrinin müavini Gözəl Bayramlı ilə, hazırda həbsxana həyatı yaşamağa məhkum edilmiş digər müavin Fuad Qəhrəmanlını təmsil edən qruplaşmanın üzvləri arasında gedəcəyi şübhəsizdir.

3

Aldığımız məlumata görə, F.Qəhrəmanlı ona yaxınlığı ilə seçilən Mirfeyzulla Seyidovun Ali Məclisə sədr seçilməsi barədə təklif göndərib. Bu isə G.Bayramlının etirazına səbəb olub. Buna qədər də naxçıvanlılara patoloji nifrətini gizlədə bilməyən xanım müavin ətrafını səfərbər edib, sona qədər mübarizə aparmağı tapşırıb. Ə.Kərimli hələlik baş verənləri müşahidə etməklə kifayətlənmiş kimi görünsə də, onun G.Bayramlıdan çəkinməsi diqqət çəkib. Bu isə keçmiş polis zabiti olduğu söylənilən Mirfeyzullanın qəzəbinə səbəb olub ki, “Gözəl kimi çaypaylayanı sədr müavini edəndə təşkilat bu günə düşər də” deyib.

4

AXCP-də Əli Kərimlinin Londonda yaşayan oglu Turqutun reklam edilməsini pisləyənlər də gün-gündən çoxalır. Etiraz edənlər ,Turqutun ABŞ səfərinin külli miqdarda maliyyə vəsaiti hesabına başa gəldiyini xatırladıb, həmin vəsaitin həbsxana həyatı yaşayan cəbhəçilərin ailələrinə yardım edilməsinin daha məqsədəuyğun olduğunu müzakirə mövzusuna çeviriblər. Beləliklə, qızmar yayın Əlinin ətrafında bir çox “buxarlanmalar” yaradacağı görünür. Kimlər udacaq-uduzacaq, gedəcək-qalacaq , bütün bunlara yaxın zamanlarda aydınlıq gətiriləcək.

Nicat Sadiq