ARDNŞ: ““Qalatasaray”la anlaşmamız barədə xəbər yanlışdır”

0
8

ARDNŞ: ““Qalatasaray”la anlaşmamız barədə xəbər yanlışdır”

alt=”ARDNŞ: "“Qalatasaray”la anlaşmamız barədə xəbər yanlışdır" ” title=”ARDNŞ: "“Qalatasaray”la anlaşmamız barədə xəbər yanlışdır" ”
“Qalatasaray”ın titul sponsorlarının adları açıqlanıb. Apasport.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən məlumatına görə, İstanbul təmsilçisi yeni mövsümdə formasının üzərində 2 brendi reklam edəcək.

Belə ki, Türkiyə Super Liqasında “sarı-qırmızılar”ın yaxasında SOCAR yazılacaq. Bu isə o deməkdir ki, Azərbaycan şirkəti İstanbul nəhənginin sponsorlarından birinə çevrilib. İyul ayından başlanılan danışıqlar sentyabrda başa çatıb.

Lakin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev saytımıza açıqlamasında bu xəbəri təkzib edib: “Bu məlumat tamamilə yanlışdır. Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumat həqiqətə uyğun deyil”.

Qeyd edək ki, türkiyəli həmkarlarımız Çempionlar Liqasının oyunlarında “Qalatasaray” formasında “Sberbank”ın (Rusiyanın Əmanət bankı) reklamını daşıyacağını bildirir.
Çempionlar Liqasının oyunlarında “Qalatasaray”ın formasında “Sberbank” yazılacaq. Bu, onların Rusiya bankı ilə də anlaşdığından xəbər verir.

LEAVE A REPLY