Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
Lent.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 10 vəsiqəyə 20 iddiaçı mübarizə aparacaq. “Qarabağ”ı son dəqiqələrdə mərhələdən kənarlaşdıran Çexiyanın “Viktoriya Plezen” klubu Bolqarıstanın “Ludoqorets” komandası ilə üz-üzə gələcək.
Digər cütlüklər bunlardır:
“Dinamo” (Xorvatiya) – “Zalsburq” (Avstriya)
“Dandalk” (İrlandiya) – “Legiya” (Polşa)
“Kopenhagen” (Danimarka) – APOEL (Kipr)
“Seltik” (Şotlandiya) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Styaua” (Rumıniya) -“Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) -“Roma” (İtaliya)
“Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) – “Borussiya M” (Almaniya)
“Vilyarreal” (İspaniya) – “Monako” (Fransa)