Dollarla bağlı vacib məlumat açıqlandı –ABŞ valyutası bahalaşacaq

0
6

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq (qeyri kənd təsərrüfatı) və işszilik məlumatları açıqlanıb. İyulda ABŞ-da məşğulluq 255 min artıb, işsizlik nisbəti isə 4,9% təşkil edib.

İqtisadçılar iyulda məşğulluğun 175 min artacağını, işsizliyin isə 4,8% olacağını gözləyirdilər. İyun ayında işsizlik nisbəti 4,9% təşkil etmişdi.  Orta saatlıq maaşlar aylıq 0.3% ilə 0.2%-lik proqnozun üzərində, illik isə 2.6% ilə proqnoza paralel artıb.

ABŞ-da çərşənbə günü açıqlanmış özəl sektor məşğulluq göstəricisi də iyulda 179 minlik artımla proqnozun üstündə artmışdı.

Bu gün məlumatın açıqlanmasının ardınca dollar mühüm valyutalar qarşısında bahalaşmağa başlayıb.

Kənd təsərrüfatından kənar məşğulluq məlumatı ABŞ Mərkəzi Bankı FED-in faiz qərarı üçün qiymətləndirdiyi əsas statistik məlumatlardan biridir. Məşğulluğun proqnozdan yüksək çıxması Fed-in baza uçot dərəcəsini  artırmaq qərarını tezləşdirə bilər. Bəzi analitiklər Fed-in sentyabrda, bəziləri isə dekabrda faiz artıracağını gözləyirlər.

FED rəsmiləri ötən toplantısında faizləri dəyişdirməmiş və məşğulluq bazarının artmaqda davam etdiyini bildirmişdilər. Bugünkü məlumatdan sonra, ABŞ Mərkəzi Bankı 20-21 sentyabrdakı toplantısında faiz artırımı ehtimalını masada saxlaya bilər.

Analitiklər bildirirlər ki, güclü məşğulluq bazarı, əhalinin gəlirlərinin də yaxşı olacağına işarə edir. Məşğulluq bazarının güclü qalması vəziyyətində FED sentyabrda faiz artıra bilər.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

Marja.az