Razi Nurullayevin ətrafı seyrəlir…

0
5
Özünü AXCP kimi təqdim edən Razi Nurullayevin təşkilatında yeni istefa dalğası başlayıb. Bu dəfə təşkilatın Rəyasət Heyətinin üzvü Fəxrim Əbdüləzimov və Beyləqan rayon şöbəsinin sədri Elturan Dünyamalılar istefa veriblər.
Sosal şəbəkədə bəyənatını yayımlayan F.Əbdüləzimov sərt ittihamlar irəli sürüb. O,təşkilatda diktaturanın hökm sürdüyünü, heç bir strukturun olmamasını açıqlayıb. Aldığımız məlumata görə, təşkilatda gözlənilməz istefalar hələ yaxın günlərdə baş verəcək. Belə ki,təşkilatın müavin statusunu daşıyan nüfuzlu yetkililərin də istefası qaçılmaz görünür.
P.S. Son dəqiqələrdə məlumat aldıq ki, R.Nurullayevin müavini Cavid Musazadə də istefa verib.
Turan