Ancelina Coli və Bred Pitt arasında şok müqavilə

0
2

Ancelina Coli və Bred Pitt arasında şok müqavilə

Ancelina Coli ilə Bred Pittin Fransada baş tutan nikah mərasiminin ardından evlilik müqaviləsinin bəzi nüansları mətbuata sızıb.

Teleqraf.com xəbər verir ki, avqustun 23-də baş tutan evlilik mərasimində yalnız cütlüyün ailə üzvləri və dostları iştirak edib. Toy görüntülərini “Hello” və “People” jurnallarına 2 milyon dollara satan cütlüyün nikah müqaviləsi isə ötən gün mətbuata sızdırılıb.

Məşhur cütlüyün 425 milyon dollarlıq evlilik müqaviləsinin detalları açıqlanıb. Müqavilədə yalnız cütlüyün mal-mülkü yox, həm də uşaqları barədə bilgi var. Belə ki, müqaviləyə əsasən, Bred Pitt Colini aldatdığı təqdirdə uşaqlar aktirisanın himayəsində qalacaq. Evlilik müddətində əldə olunan gəlir isə uşaqları – Meddoks (13), Paksu (11), Zahara (9), Vivian (6), Şiloh (8) və Knoks (6) arasında bölünəcək. Pulun digər qismi xeyriyyə fondlarına bağışlanacaq.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı uşağı var, onlardan üçünü (Meddoks, Paksu və Zahara) aktyorlar uşaq evindən götürüblər.

LEAVE A REPLY