Həşərat 14 yaşlı qızı öldürdü- Şamaxıda

0
5

Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.