Ərzaq embarqosunun tətbiq edildiyi son iki ildə Rusiyada ərzaqın qiyməti 31,6% bahalaşıb.
Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
“2014-cü ilin avqustundan idxalın məhdudlaşdırılması və əks-sanksiayalarının tətbiqi son iki ildə ərzaqın qiymətinin kəskin bahalaşmasına səbəb olub. Qiymətlər 31,6% bahalaşıb”, – deyə məlumatda qeyd olunur.
Ərzaqın qiyməti inflyasiyanı 1,2 dəfə üstələyib və inflyasiyaya 46% artım gətirib. Qiymət artımının pik həddi 2015-ci ilin fevral-mart aylarında olub. Həmin dövr 52% bahalaşma müşahidə edilib.